GÜNDƏM
Sumqayıtda gənc oğlan dəm qazından boğularaq ölüb

Sumqayıtda 21 yaşlı gənc dəm qazından boğularaq ölüb.
Hadisə şəhərin “Qurd dərəsi” yaşayış massivində baş verib. 2002-ci il təvəllüdlü Səfərli Eltun Asəf oğlu yaşadığı evdə dəm qazından boğulub. Onun meyiti aidiyyatı üzrə təhvil verilib. Araşdırma aparılır.
: