GÜNDƏM
“Kazarma müəmması” böyüyür – Erməni zabit yanğından əvvəl ərizə yazıbmış

Ermənistanda 15 əsgərin ölümü ilə nəticələnən “kazarma faciəsi” ilə bağlı müəmmalar davam edir.
Kaim.az xəbər verir ki, “Joğovurd” nəşri yeni diqqət çəkən detallar aşkarlayıb. Qəzet yazıb: “Yanvarın 19-da Azad kəndində baş vermiş yanğın nəticəsində həlak olan hərbçilərin cinayət işində diqqətçəkən hallar üzə çıxır. Əldə etdiyimiz məlumata görə, faciəli hadisədən 2 həftə əvvəl zabit E. H işdən çıxmaq və ya necə deyərlər, sadəcə ordudan uzaqlaşmaq istəməsi barədə raport yazıb. Sual yaranır ki, nə üçün zabit hərbi polis hərbi hissədə yoxlamalar apardıqdan sonra bu addımı atıb? Ümumiyyətlə orada nələr baş verib? Ümid edirik ki, dindirmələr zamanı, zabitin dilindən bu suallara cavab ala biləcəyik”. Tural Tağıyev Kaim.az :