Top.Mail.Ru
GÜNDƏM

11-ci uşağı olan erməni Roza müzakirələrə səbəb oldu

Ermənistanda Roza Papoyan adlı qadının 11-cə dəfə ana olması sosial şəbəkələrin erməni seqmentində ciddi müzakirələrə səbəb olub.
Kaim.az xəbər verir ki, sadə ermənilər kənd yerində yaşayan biri üçün indiki çətin sosial şərtlər altından tez-tez uşaq dünyaya gətirməyin doğru olmadığını deyirlər. “Mamul” saytı isə qınağa səbəb olan çoxuşaqlı ailə haqqında yazıb: “Ayqevan kənd sakini Roza Papoyanın 11-ci övladı Zarişat Martini Mkrtçyan adına Armavir Tibb Mərkəzində dünyaya gəlib. Yeni doğulan körpənin çəkisi 3,4 kq, boyu 51 sm-dir. Rozanın böyük oğlu, 19 yaşlı Hovannes tarixçidir və Ermənistan ordusunda xidmət edir. Roza Papoyan və Vladimir Kesablyanın 5 qız, 6 oğlan övladı var. Balaca Qor isə onların 11-ci övladıdır”. Tural Tağıyev Kaim.az :

Ermənistan
 

Bənzər yazılar

Back to top button