Top.Mail.Ru

GÜNDƏM

“Xəbəriniz var ki, daha Qarabağa silahlı erməni əsgəri buraxmırlar? – Şahnazaryan

“Sizə deyim, bilin ki, Şurnuxdan sonra Ararat bölgəsindəki Tigranaşen kəndi (Sədərək rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan eksklavı Kərki kəndi nəzərdə tutulur – red) düşmənə veriləcək. Sadəcə necə öyrəndiyimi soruşmayın. Cavab internetdə, gedin və yarım ay əvvəl dərc edilmiş “FSB” məlumatını oxuyun. Burada Yerasxdan əlavə Paruyr Siak kəndində bir nəzarət məntəqəsi yaradılacağı barədə yazılıb. Sonra Paruyr Syak kəndini xəritədə tapın və hər şey aydın olacaq”.

KONKRET.az xəbər verir ki, bu sözləri erməni millətçi politoloq Qrant-Melik Şahnazaryan Facebook səhifəsində  yazır.

Şahnazaryan daha sonra yazır: “İndi mənə izah edin ki, niyə Şurnuxdan bu qədər danışırıq, amma Dağlıq Qarabağdan qalan son parçanın əsl itkisini görmürük. Çünki Şurnux Ermənistan Respublikasının ərazisində idi. Səmimi olaraq deməliyəm ki, xalqımızın Vətənə qarşı bu cür laqeydliyindən təəccüblənirəm. Gəlin kütlələri bir kənara qoyaq, bəs ziyalılar? Bəs siyasi, hərbi elita necə? Xəbəriniz var ki, daha Qarabağa silahlı erməni əsgəri buraxmırlar? Bilirsiniz, bu nə deməkdir?”

Loading...
Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button