GÜNDƏM
Hikmət Hacıyev Türkiyəyə başsağlığı verib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev fevralın 6-da səhər saatlarında Türkiyədə baş verən güclü zəlzələ ilə bağlı başsağlığı verib.
Kaim.az xəbər verir ki, H.Hacıyevin tvitter paylaşımında deyilir: “Həlak olanlara Allah rəhmət eləsin! Allah səbr versin!” Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 maqnitudada zəlzələ olub. Nəticədə 1498 nəfər ölüb, 8533 nəfər yaralanıb, 2824 bina dağılıb. Kaim.az
: