Türkiyə zəlzələsində ölənlərin sayı 1500 nəfəri ötdü – YENİLƏNİB – 5

Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1541-ə, yaralıların sayı isə 9733-ə çatıb.
Kaim.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.Təbii fəlakət nəticəsində 3471 bina dağılıb. *** Türkiyədə zəlzələdə ölənlərin sayı 1498 nəfərə çatıb. Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ nəticəsində 8 533 nəfər yaralanıb. Bildirilib ki, təbii fəlakət zamanı 2824 bina dağılıb. *** Türkiyədə zəlzələdə ölənlərin sayı 1121 nəfərə çatıb. Zəlzələ nəticəsində 7634 nəfər yaralanıb. Bildirilib ki, təbii fəlakət zamanı 2824 bina dağılıb. *** Türkiyədə zəlzələdə ölənlərin sayı 1014 nəfərə çatıb. Kaim.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.*** Türkiyədə baş verən güclü zəlzələdə nəticəsində ölənlərin sayı 912-ə yüksəlib. Kaim.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi brifinqdə bildirib. O, 5 385 nəfərin yaralandığını, ümumilikdə 2 470 nəfərin dağıntıların altından xilas edildiyini qeyd edib .Zəlzələ nəticəsində ümumilikdə 2 818 bina dağılıb.**** Türkiyədə baş verən güclü zəlzələdə nəticəsində ölənlərin sayı 284-ə yüksəlib. Kaim.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oktay məlumat verib. O bildirib ki, yeraltı təkanlar nəticəsində 1710 bina dağılıb, 2323 nəfər yaralanıb.*** Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub. Yeraltı təkanlar Bakı vaxtı ilə 05:17-də qeydə alınıb. Təbiət hadisəsi paytaxt Ankara daxil olmaqla ölkənin bir çox şəhərlərində hiss edilib. Bakı vaxtı ilə saat 07.30-a olan məlumata əsasən 7 şəhərdə zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb. Kaim.az
: