Top.Mail.Ru
GÜNDƏM

“Dağıntı bölgəsindəki azərbaycanlı tələbələrlə bağlı siyahı hazırlanır” – Səfirlik

Türkiyədə zəlzələ baş verən bölgədə yaşayan azərbaycanlılarla bağlı qaynar xətt yaradılıb. Daxil olan hər bir zəng qeydə alınır.
Bunu Kaim.az -a açıqlamasında Azərbaycanın Türkiyədəki Səfirliyinin mətbuat katibi Aygün Qocayeva deyib. O bildirib ki, zəlzələ bölgəsində təhsil alan azərbaycanlı tələblərlə bağlı siyahılar hazırlanır:
“Yardıma ehtiyacı olanlar müəyyən edilir və onlara təcili yardım göstərilməsi üçün zəruri addımlar atılır. Dağıntılar altında qalan və çıxarılanlarla bağlı səfirliyə rəsmi dövlət qurumlarından heç bir məlumat verilməyib. Rəsmi məlumat olmadan xəbər verilmir. Malatyada 4 tələbənin çıxarılması barədə sosial şəbəkələrdən məlumat əldə olunub. Amma onlarla əlaqə saxlanıla bilinmir. Qeyd edək ki, dünən Türkiyədə baş verən 7,7 maqnitudalı zəlzələ nəticəsində 3 minə yaxın insan ölüb, 15 mindən çox şəxs yaralanıb. Aytən Zəhra Kaim.az :

Bənzər yazılar

Back to top button