Top.Mail.Ru
GÜNDƏM

Dağıntılar altından paylaşım etdilər: “Xilas edin, ölürəm”

Ötən gün Türkiyədə baş verən güclü zəlzələ nəticəsində dağıntılar altında qalanlar sosial şəbəkələrdə yerlərini və düşdükləri vəziyyəti bildirən postlar paylaşıb.
Polis bütün paylaşımları qiymətləndirərək bölgədəki qruplara məlumat verməyə və köməklik göstərməyə çalışıb. Kaim.az paylaşımlarla bağlı görüntüləri təqdim edir: Adanada dağılmış binanın altında 2 dostu ilə qalan vətəndaş mobil telefonu ilə çəkdiyi görüntüləri sosial media hesabında paylaşaraq “Kömək edin. Seçkinlər Saytı C Blok. Bələdiyyə binasının qarşısındayıq. Biz dağıntılar altındayıq. Dostumuzdan heç bir səs gəlmir. Xahiş edirəm bunu eşidənlərə kömək edin”, deyə yardım istəyib. Hatayda dağıntılar altında qalan Aysel adlı vətəndaş isə sosial media hesabında Ahbap Dərnəyinin qurucusu Haluk Leventi tag edərək “Məni xilas et” mesajını göndərib. İzləyicilərinə cavab verən Haluk Levent, “Əziz Aysel! Şarjınızı qoruyun. Dostum, Hatay yoldadır” yazıb. Şahanə Rəhimli Kaim.az

:

Bənzər yazılar

Back to top button