Top.Mail.Ru
GÜNDƏM

“İrəvan 71 hərbi obyekti satışa çıxarıb” – Erməni deputat

Bir il əvvəl Ermənistan hakimiyyəti Müdafiə Nazirliyinin balansında olan 70-ə yaxın daşınmaz əmlakı satışa çıxarıb və bu fonda eks-nazir Seyran Ohanyana qarşı ittihamlar gülünc görünür.
Kaim.az xəbər verir ki, bunu “Hayastan” fraksiyasından olan deputat Qeqam Manukyan jurnalistlərə açıqlamasında deyib. Manukyan indiki hakimiyyətin də hərbi obyektləri satmasına diqqət çəkib. O qeyd edib ki, hələ 2022-ci ilin aprelində Müdafiə Nazirliyinin satılması nəzərdə tutulan 71 obyektinin siyahısı olub. Obyektlərdən biri İrəvanın mərkəzində, 6 hektar ərazisi olan keçmiş “paytaxt alayının” ərazisidir. “Hə, indi nə edək? Biz də durub deyək ki, iqtidar hərbi hissələri satır? Aydın məsələdir ki, bunlar aktiv hərbi hissələr deyil, onların saxlanması büdcə vəsaitlərinin israfıdır”, – Manukyan Ohanyanın müdafiəsinə qalxarkən deyib.Xatırladaq ki, bu gün baş prokuror Anna Vardapetyan Ermənistanın keçmiş müdafiə naziri, hərbi cani, “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyana qarşı cinayət işi açılması tələbilə parlamentə müraciət ünvanlayıb. Tural Tağıyev Kaim.az :

 

Ermənistan
 

Bənzər yazılar

Back to top button