Top.Mail.Ru
GÜNDƏM

Banklar AFAD-a ianələrdən komissiyalar tutmayacaq

Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə növbədənkənar iclası keçirilib.
İclas zamanı qardaş Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ nəticəsində həlak olanların xatirəsi yad edilib və təbii fəlakətin törətdiyi fəsadların bütün ABA üzvlərini sonsuz kədərləndirdiyi bildirilib. Həmçinin ölkəmizin bank icmasının qardaş Türkiyə xalqına hər zaman dəstək olmağa hazır olduğu yekdilliklə bəyan edilib. Azərbaycan Mərkəzi Bankının dəstəyi ilə bank icması, baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən qardaş ölkədə yaradılmış xüsusi fonda (Afet ve Acil Durum – AFAD) ölkə bankları vasitəsilə ianələr şəklində dəstək göstərilərkən bank komissiyalarının tutulmayacağı barədə yekdilliklə qərar qəbul edib. Azərbaycan bank icması bütün dövrlərdə Azərbaycan xalqı və dövləti kimi qardaş Türkiyənin yanındadır, onların sevinci sevincimiz, kədəri kədərimizdir. Dağıdıcı zəlzələ nəticəsində həyatını itirmiş bacı və qardaşlarımızın ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik! Kaim.az :

Bənzər yazılar

Back to top button