GÜNDƏM
Kramatorsk raket atəşinə tutulub, ölən və yaralananlar var

Ukraynanın Kramatorsk şəhərinə (Donetsk vilayəti) raket hücumu nəticəsində 2 nəfər həlak olub, 8 nəfər yaralanıb.
Kaim.az xəbər verir ki, bu barədə “RBC-Ukraina” Kramatorsk şəhər hərbi administrasiyasının rəhbəri Aleksandr Qonçarenkoya istinadən xəbər verib. “Rusiya terroru davam etdirir. Kramatorskın kaset bombalarından atəşə tutulmasının nəticələri – 2 nəfər həlak olub, 8 nəfər (üçü ağır olmaqla-red) yaralanıb”, – məlumatda deyilir. Qonçarenko qeyd edib ki, Rusiya hərbçiləri Bernatski bağını və iki kommunal müəssisənin ərazisini atəşə tutublar. İlkin məlumata görə, onlarla yaşayış binası və 14 kommunal texnikaya ziyan dəyib. Kaim.az :
Ukrayna
Kramatorsk