Top.Mail.Ru
GÜNDƏM

“Gələcək üçün kodlaşdır” hakatonunun qalibləri mükafatlandırıldı

Müsabiqə boyunca iştirakçıları Azercell və UFAZın ekspertlərindən ibarət olan mentorlar qrupu müşayiət edib, öz peşəkar məsləhətlərini onlar ilə bölüşdülər. Komandalar 48 saat ərzində korporativ bazar həlli, xərclərin idarə edilməsi həlli, oyun funksiyalı həll, rəqəmsal aktiv bazar həlli və istedadların satışı həlli mövzularını əhatə edən proqramlaşdırma tapşırıqları üzərində çalışdılar.

+++Münsiflər heyətinin qərarı ilə 1ci yerə 3leet, 2ci yerə Perihelion , 3cü yerə isə Optimum komandası layiq görüldü. Qeyd edək ki, komandalar təqdim etdiyi texniki və biznes təqdimatlara əsasən dəyərləndirildi. Qaliblər müvafiq olaraq 3000, 2000 və 1000 AZN dəyərində pul mükafatları və Azercellin xüsusi hədiyyələri ilə təlftif olundular.

Azərbaycanda yeni İKT mütəxəssisləri nəslinin inkişafına dəstək verməyi öz korporativ sosial məsuliyyət siyasətinin vacib istiqaməti hesab edən Azercell yarışmanın qaliblərini bir daha təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayır!

Bənzər yazılar

Back to top button