Top.Mail.Ru
GÜNDƏM

Erməni nazir: “Türkiyə ilə sərhədin açılması təhlükə yox, fürsətdir”

O, iqtisadiyyat üçün sərhədlərin açılmasının mümkün nəticələrini şərh edərkən qeyd edib ki, bu prosesdə iqtisadiyyatları üçün heç bir ciddi təhdid də görmür. “İdxal baxımından Türkiyə ilə sərhəd uzun müddətdir ki, açıqdır. Türkiyə istehsalçılarının Ermənistanda məhsullarını satmaqda heç bir problemi yoxdur və uzun müddətdir ki, onlar bununla məşğuldurlar. Başqa bir məsələ isə odur ki, erməni şirkətlərinin hələ də Türkiyə bazarlarına giriş imkanı yoxdur. Biz əminik ki, sərhədin açılması təhdiddən çox imkanlar yaradacaq”, – Kerobyan qeyd edib. Nazir onu da xüsusi vurğulayıb ki, “lakin erməni şirkətləri bu fürsətdən istifadə etmək üçün məhsuldarlığını və səmərəliliyini artırmalıdırlar”. İqtisadiyyat naziri qeyd edib ki, erməni kənd təsərrüfatı şirkətləri Türkiyənin ucuz kənd təsərrüfatı məhsullarının idxalı ilə bağlı hökumətə narahatlıqlarını bildirməyiblər. Ermənistanın Türkiyəyə nə ixrac edə biləcəyi ilə bağlı suala Kerobyan belə cavab verib ki, qonşu ölkədə ərzaq, tekstil, zərgərlik, almaz istehsalı, yüksək texnologiyalara tələbat var. Tural Tağıyev Kaim.az :

 


Sərhəd
 

türkiyə
 

Ermənistan
 

Bənzər yazılar

Back to top button