Top.Mail.Ru
GÜNDƏM

Saxlanılarkən üzərindən 1 kiloqram heroin çıxdı

Abşeronda Bakı sakini saxlanılıb, üzərindən bir kiloqram heroin götürülüb.
Bu barədə Kaim.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Belə ki, Abşeron Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş A.Hüseynov saxlanılıb. Üzərinə baxış zamanı ondan 1 kiloqramdan artıq heroin aşkar olunaraq götürülüb. Faktla bağlı Abşeron RPİ-də araşdırma aparılır. Kaim.az :

Bənzər yazılar

Back to top button