Top.Mail.Ru
GÜNDƏM

Əliyar Ağayev UEFA-dan növbəti dəfə təyinat alıb

Azərbaycanlı hakim Əliyar Ağayev UEFA-dan növbəti dəfə təyinat alıb.
Kaim.az -ın qitə futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, 36 yaşlı referi AVRO-2024-ün seçmə mərhələsinin ilk turunda iş başında olacaq. O, G qrupunun Bolqarıstan – Monteneqro matçında ədaləti qoruyacaq. FIFA referisinə həmin qarşılaşmada Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Kamal Umudlu isə ehtiyat hakim olacaq. Azərbaycanlı hakimlərin işinə portuqaliyalı hakim-inspektor Joao Ferreyra qiymət verəcək. Qeyd edək ki, Bolqarıstan – Monteneqro görüşü martın 24-də “Ludoqorets Arena”da keçiriləcək. Kaim.az :

Bənzər yazılar

Back to top button