Top.Mail.Ru
GÜNDƏM

Si Cinpin: “Ukrayna böhranının sülh yolu ilə həllinin tərəfdarıyıq”

“Vurğulamaq istərdim ki, bu nizamlanmada biz BMT Nizamnaməsinin məqsəd və prinsiplərini davamlı şəkildə rəhbər tutur, obyektiv və qərəzsiz mövqe sərgiləyir, barışığa, danışıqların bərpasına fəal yardım göstəririk. Bizim mövqeyimiz həqiqətə əsaslanır. Biz həmişə sülh və dialoq tərəfdarıyıq, tarixin doğru tərəfində möhkəm dayanırıq”, – Çin lideri bildirib. O, həmçinin xatırladıb ki, Pekin ötən ay Ukrayna böhranının həlli ilə bağlı 12 bəndlik rəsmi mövqeyini yayıb. Orada Çin Xalq Respublikası bütün ölkələrin dövlət suverenliyinə hörmət etməyə, hərbi əməliyyatları dayandırmağa və birtərəfli sanksiyaların tətbiqinin qəbuledilməzliyinə çağırıb. Tural Tağıyev Kaim.az :

Çin
 

Ukrayna
 

Bənzər yazılar

Back to top button