GÜNDƏM
Yevlaxda süpürgəçi qadınları maşın vurdu

Yevlaxda süpürgəçi işləyən iki qadını avtomobil vurub, onlardan biri ölüb.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi küçəsində qeydə alınıb. Onlardan biri – 1974-cü il təvəllüdlü Əsgərova Səbinə Rafiq qızı hadisə yerində dünyasını dəyişib. Hadisə nəticəsində 1992-ci il təvəllüdlü Bəsdi Mirzəyeva ağır bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Kaim.az
: