Top.Mail.Ru
GÜNDƏM

Yeni Zelandiya kəşfiyyatı: Xarici müdaxilə riskləri artıb

Yeni Zelandiyanın kəşfiyyat agentlikləri oktyabrda keçiriləcək ümumi parlament seçkiləri ərəfəsində xarici hökumətlərin müdaxiləsi riskinin artdığını bildirib.
Bu sözləri Yeni Zelandiya Təhlükəsizlik və Kəşfiyyat Xidmətlərinin (SIS) baş direktoru vəzifəsini icra edən Fil Makki deputatlar qarşısında çıxışı zamanı deyib. Onun sözlərinə görə, milli agentliklər və kəşfiyyat rəsmiləri korrupsiya və ya dezinformasiya yolu ilə ölkəyə zərər vurmaq niyyətində olan xarici müdaxilələrin artdığını görürlər. “Ən mürəkkəb və məkrli müdaxilə sxemləri Yeni Zelandiyada yaşayan və xarici hökumətlərin hərəkətlərinə fəal şəkildə qarşı çıxan etnik icmaların sıxışdırılmasını nəzərdə tutur. Şəxsi məlumatların öz ölkələrində toplandığı və sonra Yeni Zelandiyada belə icmaların üzvlərini daha da qorxutmaq üçün istifadə edildiyi hallar olmuşdur”. Yeni Zelandiya Hökumətinin Təhlükəsizlik və Hökumət Kommunikasiyaları Bürosunun baş direktoru Endryu Hampton isə parlament qarşısında çıxış edərək, Sakit okean regionunda geostrateji rəqabət gücləndikcə, Yeni Zelandiya qurum və təşkilatlarına qarşı kiberhücum təhlükəsinin ciddi şəkildə artdığını söyləyib. İlkin Nəcəfzadə Kaim.az

:

Bənzər yazılar

Back to top button