Sarayda ağır qəzada üç nəfər ölüb – YENİLƏNİB

Abşeron rayonun Saray qəsəbəsi ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.
Martın 27-də axşam saatlarında “Mercedes” markalı minik avtomobili ilə “İveco” markalı yük avtomobili toqquşub. Hadisə zamanı üç nəfər: 2018-ci il təvəllüdlü Hüseynli Zəminə, 2007-ci il təvəllüdlü Məryəm Allahverdiyeva və 1974-cü il təvəllüdlü Afət adlı şəxs dünyasını dəyişib. Qəza zamanı xəsarət almış bir ailənin 4 üzvü Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.Xəstəxananın baş həkimi Rauf Sadıqov bildirilib ki, qəza nəticəsində müxtəlif bədən travmaları alan 2019-cu ildə anadan olmuş Mehdi Hüseynli, 2016-cı ildə anadan olmuş Hüseyn Hüseynli, 1984-cü ildə anadan olmuş Nərminə Hüseynova və 1989-cu ildə anadan olmuş Nurəngiz Hüseynliyə müvafiq tibbi yardım göstərilib. Sonra pasiyentlərin öz xahişi ilə onlar özəl klinikalardan birinə aparılıb.Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.*** Saray qəsəbəsində minik və yük avtomobilləri toqquşub. Bu barədə Kaim.az -a FHN-dən bildirilib. “112” qaynar telefon xəttinə Abşeron rayonunun Saray qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili və “İveco” markalı yük avtomobili toqquşub, 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Kaim.az :