GÜNDƏM
Fazil Mustafa KTM-dən başqa hospitala köçürüldü

Evinin qarşısında güllələnən Milli Məclisin deputatı Fazil Mustafa əməliyyatdan çıxıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Kaim.az -a verilən məlumata görə, əməliyyat yekunlaşdıqdan sonra deputat Kliniki Tibbi Mərkəzdən köçürülüb. Fazil Mustafanın təhlükəsizliyinin təşkil olunması məqsədilə o, hüquq-mühafizə qurumlarından birinin hospitalına aparılıb. Qeyd edək ki, Bakının Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alan Milli Məclisin deputatı Fazil Mustafa TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə (KTM) gətirilmişdi. Kaim.az
: