Top.Mail.Ru
GÜNDƏM

İsrailin xarici işlər naziri apreldə Azərbaycana gələcək

İsrailin xarici işlər naziri Eli Kohen apreldə Azərbaycana səfər edəcək.
Kaim.az xəbər verir ki, bunu E.Kohen martın 29-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib. “Nümayəndə heyətimiz ölkələrimiz arasında ticarət əlaqələrini yaxşılaşdırmaq üçün Azərbaycana səfər edəcək”, – İsrailin XİN başçısı bildirib. O, İsraillə Azərbaycan arasında əlaqələrin inkişafı üçün potensialın böyük olduğunu vurğulayıb: “İsrail Azərbaycanla iqtisadi, texnoloji və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün səy göstərəcək”. Kaim.az

:

Bənzər yazılar

Back to top button