Top.Mail.Ru
GÜNDƏM

“Qafqaz regionunda gərginlik “3+3″ formatında həll edilə bilər” – Abdollahian

Qafqaz regionunda gərginlik Azərbaycan, Ermənistan və Gürcüstan, eləcə də onlara ən yaxın üç dövlət-Rusiya, İran və Türkiyənin iştirakını nəzərdə tutan “3+3” formatı çərçivəsində həll edilə bilər.
Kaim.az TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə günü İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian deyib.“Əlbəttə ki, regiondakı problemləri “3+3” formatı, eləcə də mövcud mexanizmlər vasitəsilə gücə əl atmadan həll etməliyik”, – deyə, Abdollahian, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.O, həmçinin Qafqaz regionunun iqtisadi imkanlarının inkişafı üçün davamlı sülh və təhlükəsizliyə doğru birlikdə hərəkət etməyin vacibliyini vurğulayıb. Kaim.az

:

Bənzər yazılar

Back to top button