Top.Mail.Ru
GÜNDƏM

Ərdoğan Putinin Türkiyəyə səfər edə biləcəyi tarixi açıqladı

Rusiya prezidenti Vladimir Putin Türkiyədə Akkuyu AES-də nüvə yanacağının yüklənməsi mərasimində iştirak edə bilər.
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Dövlət başçısı Akkuyu AES-in ilk enerji blokuna nüvə yanacağının aprelin 27-də yüklənəcəyini və bundan sonra obyektin rəsmi olaraq nüvə obyekti sayılacağını vurğulayıb. “Akkuyu AES-in tikintisi layihəsi uğurla həyata keçirilir. Cənab Putinin aprelin 27-də keçiriləcək mərasim üçün (Türkiyəyə) gəlmə ehtimalı var. Ola bilsin ki, biz onlayn formatda orada birlikdə iştirak edək”, – deyə o bildirib. Akkuyu – Türkiyədə tikilməkdə olan ilk atom elektrik stansiyasıdır. Layihə Rusiya Federasiyası ilə Türkiyə arasında 2010-cu il mayın 12-də bağlanmış hökumətlərarası əməkdaşlıq sazişi əsasında həyata keçirilir. Kaim.az

:

Bənzər yazılar

Back to top button