Top.Mail.Ru
GÜNDƏM

Avropa sanksiyalarını özü pozur: Asiyadan Rusiya nefti alır


Avropa Rusiyadan neft tədarükünün azalmasını Asiyadan gələn yanacaq hesabına kompensasiya edə bilib. Lakin Avropa ölkələri Rusiya neftini almaqda davam edir, onlar bunu sadəcə Asiya vasitəçiləri vasitəsilə edirlər.
Bu barədə Nihon Keizai yazır. Avropa İttifaqı (Aİ) neft çatışmazlığını Asiya və Yaxın Şərqdən idxal hesabına doldura bilib. Eyni zamanda Hindistan və Çin Rusiyadan ucuz qiymətə “qara qızıl” alır. Məlum olub ki, Avropa ölkələri bu ölkələrdə emal olunmuş dizel yanacağını da alır. Belə çıxır ki, Avropa öz sanksiyalarından yan keçərək Rusiyadan neft alır. Bazar ekspertləri hesab edirdilər ki, Asiya regionu Avropaya tədarükləri çoxaltmaq üçün qısa müddətdə emal imkanlarını kəskin artıra bilməz. Yəni Asiya və digər dövlətlər Rusiyadan neft alıb emal edir, ondan sonra onu yenidən Avropaya ixrac edirlər. Məsələn, Hindistan fevral ayında Rusiyadan neft alışını 90% artırıb, eyni zamanda Avropaya tədarükünü də artırıb. Oxşar vəziyyət Çində də müşahidə olunur. İlkin Nəcəfzadə Kaim.az :

Bənzər yazılar

Back to top button