Top.Mail.Ru
GÜNDƏM

ABŞ səfiri yol qəzasında yaralandı

ABŞ-ın Sudandakı səfiri Con Qodfri və diplomatik missiyanın daha iki əməkdaşı Xartumda baş verən qəzada yaralanıb.
Bu barədə Amerika diplomatik missiyasının tvitterdə dərc olunmuş bəyanatında deyilir. “Biz təsdiq edə bilərik ki, səfir Qodfri və səfirliyin digər iki əməkdaşı bu gün Xartumda avtomobil qəzasına düşüb. Onlar yerli tibb müəssisələrindən birinə yerləşdiriliblər. Səfir Qodfri artıq xəstəxanadan buraxılıb. Hazırda evdədir.O, həmkarları ilə birlikdə yüngül xəsarətlər alıb”-məlumatda vurğulanıb. Səfirlik hadisənin digər təfərrüatlarını açıqlamayıb. Yerli hakimiyyət orqanları hələlik hadisə ilə bağlı açıqlama verməyib. Kaim.az

:

Bənzər yazılar

Back to top button