GÜNDƏM
Firdovsi Əliyev nazir müşaviri təyin edilib

Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin olunub.
Kaim.az xəbər verir ki, keçmiş nazir müavini Firdovsi Əliyev nazirin müşaviri təyin olunub. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə Əliyeva faktı Kaim.az -a təsdiqləyib. Qeyd edək ki, F.Əliyev bu ayın əvvəlində Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə nazir müavini vəzifəsindən azad edilib. Onun yerinə Prezidentin digər sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva təyinat alıb. Kaim.az :