Top.Mail.Ru
GÜNDƏM

Erməni nazir müavini ordumuzla bağlı sualdan yayınaraq qaçdı -VİDEO

Jurnalistlər Rusiya Xarici İşlər Nazirliyinin İrəvanın “Roma Statutu”nu tanınmasına kəskin reaksiyasını şərh etməyi xahiş ediblər. O isə “Hər məsələyə məsul nazir müavini var. Bu sahələr mənim nəzarətimdə deyil. Mətbuat xidmətimizlə əlaqə saxlayın” deyib. “Hraparak” nəşri isə yazıb ki, jurnalistlər nazir müavinindən Azərbaycan ordusunun irəliləyərək yeni mövqelərdə yerləşməsi ilə bağlı da mövqe bildirməsini istəyiblər. “Hovanisyan isə suallara cavab vermədən az qala qaçacaqdı”, – nəşr yazıb. Xatırladaq ki, bu gün Azərbaycan Müdafiə Nazirliyi ordumuzun Laçın yolundakı hakim yüksəklikləri və sərhədboyu geniş sahələri nəzarətə götürdüyünü bəyan edib. “Yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb”, – nazirlikdən bildirilib. Tural Tağıyev Kaim.az :

 

Ermənistan
 

XİN
 

Bənzər yazılar

Back to top button