GÜNDƏM
Səhnədə intihar etdi- VİDEO

Buryatiyada 34 yaşlı aktyor Artur Şuvalov səhnədə intihara cəhd edib.
Xərçəng xəstəliyindən əziyyət çəkən aktyor bədii rəhbərin dəyişməsinə etiraz olaraq Ulan-Ude Dram Teatrının səhnəsində damarlarını kəsib. O, teatra yeni direktor təyin edilən Vyaçeslav Dyaçenko ilə problem yaşadığını, işdən qovulmaqla hədələndiyini bildirib. Aktyorun sözlərinə görə, rəhbərlik aktyorlarla dil tapa bilmir, teatrda tez-tez mübahisələr baş verir. Bu gün isə aktyorun emosiyaları pik həddə çatıb. O, səhnədə baş əydikdən sonra tamaşaçılara problemləri danışıb və damarını kəsib. Bundan sonra sənətçi təcili xəstəxanaya yerləşdirilib. Şahanə Rəhimli Kaim.az :