Top.Mail.Ru
GÜNDƏM

Rusların 55%-i Çini əsas dost hesab edir -SORĞU

“Xüsusi sorğu aparılıb. Nəticədə rəyi soruşulan rusların təxminən 55%-i dost ölkələr sıralamasında Çinə üstünlük verib”.
Kaim.az xəbər verir ki, bunu “Rusiya və Çin: biznes və vətəndaşlar üçün yeni imkanlar” adlı dəyirmi masada “VÇİOM” Fondunun baş direktoru Konstantin Abramov deyib. “2014-cü ildən başlayaraq Çin Rusiyanın dost ölkələri reytinqində daim liderlik edir. 2022-ci ildə rusların 55%-i Çinə səs verib. İkinci yerdə Belarusdur- 49%. Bundan başqa, Hindistana – 22, Türkiyəyə – 17, Qazaxıstana – 13% səs verilib. İlk 10-luğu bağlayan ölkə Özbəkistandır – 5%”, – Abramov qeyd edib. Abramovun sözlərinə görə, Rusiya vətəndaşları ABŞ-ı – 76, Ukraynanı – 43, Böyük Britaniyanı – 39%-lə əsas düşmən dövlətlər hesab ediblər. Antireytinqə Baltikyanı ölkələr, həmçinin Fransa, Almaniya və Polşa da daxil edilib. Tural Tağıyev Kaim.az :

Rusiya
 

Çin
 

Bənzər yazılar

Back to top button