Top.Mail.Ru
GÜNDƏM

İran Suriyadakı keçmiş səfirini Ermənistana göndərir

İranın Suriyadakı keçmiş səfiri Mehdi Subhani ölkəsinin Ermənistandakı yeni səfiri təyin edilir.
Kaim.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələrlə hesabatında bildirilib. Qeyd edilib ki, Mehdi Subhani Ermənistandakı səfir Abbas Bədəxşan Zohurinin yerinə təyin olunur. O da vurğulanıb ki, Mehdi Subhani təcrübəli diplomatdır. Qeyd edək ki, bu yaxınlarda Mehdi Subhani İranın Suriyadakı səfiri vəzifəsindən geri çağırılıb. Onu Hüseyn Əkbəri əvəz edib.

:

Bənzər yazılar

Back to top button