Top.Mail.Ru
GÜNDƏM

Güclü külək əsəcək, yağış və qar yağacaq – XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətindən Kaim.az a verilən məlumata görə, martın 31i gün ərzində fasilələrlə yağıntılı olacağı, yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi gözlənilir.

Martın 31i axşam Abşeron yarımadasının əsasən şimalında yağışın qısa müddətə sulu qara keçəcəyi ehtimalı var. Yağıntılı hava şəraiti aprelin 3ü səhərədək davam edəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 510° aşağı enəcək.

Bundan başqa, martın 30da Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, Böyük və Kiçik Qafqazın bəzi ərazilərində yağıntıların intensivləşəcəyi gözlənilir. Martın 31də isə yağıntıların əksər rayonları əhatə edəcəyi, bəzi yerlərdə intensiv olacağı, sulu qar, qar yağacağı gözlənilir. Aprelin 1də günün ikinci yarısında yağıntıların intensivliyi azalacaq, axşama doğru isə tədricən kəsiləcək. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi 1520 m/s, arabir 2530 m/s, 30u axşam, 31də gecə və səhər bəzi yerlərdə arabir 3338 m/sdək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 810° aşağı enəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

Kaim.az

Bənzər yazılar

Back to top button