Top.Mail.Ru
GÜNDƏM

Entoni Blinken ABŞ vətəndaşlarına Rusiyanı tərk etmələri barədə müraciət edib

ABŞ dövlət katibi Entoni Blinken vətəndaşlara çağırış edib.
Kaim.az xəbər verir
ki, dövlət katibi Rusiyada yaşayan və ya Rusiyaya səfər edən Amerika vətəndaşlarını dərhal Rusiya Federasiyasını tərk etmələri barədə rəsmi müraciət edib. ABŞ dövlət katibi bu bəyanatı “The Wall Street Journal” qəzetinin jurnalisti Evan Qerşkoviçin həbsi fonunda verib. Blinkenin sözlərinə görə, Dövlət Departamentinin əsas prioriteti ABŞ vətəndaşlarının xaricdəki təhlükəsizliyidir. “Biz Rusiya Federasiyası ərazisində ABŞ vətəndaşlarını təhdid edən təhlükə ilə bağlı ciddi xəbərdarlıqlarımızı təkrar edirik. Rusiya Federasiyasında yaşayan və ya Rusiyaya səyahət edən Amerika vətəndaşları səyahət tövsiyələrində nəzərdə tutulduğu kimi dərhal ölkəni tərk etməlidirlər “,- deyə rəsmi şəxs bildirib. Tərcümə: Miri Məcidli

:

Bənzər yazılar

Back to top button