Top.Mail.Ru
GÜNDƏM

London dondurulmuş aktivləri Moskvaya qaytarmayacaq

London Kiyevə dəymiş ziyana görə kompensasiya ödəməyə razılaşana qədər dondurulmuş dövlət aktivlərini Moskvaya qaytarmayacaq.
Kaim.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti yazıb. Nəşrin məlumatına görə, hazırda Britaniya hakimiyyəti Aİ-dən olan həmkarları ilə birlikdə Rusiyanın dövlət aktivlərinin müsadirə edilməsi imkanını müzakirə edir. Hakim Mühafizəkarlar Partiyasının bəzi üzvləri, eləcə də müxalif Leyboristlər Partiyasının və Ukrayna hökumətinin nümayəndələri Rusiyanın Böyük Britaniyadakı dövlət əmlakının tamamilə müsadirə edilməsini və Kiyevə verilməsini təklif ediblər. Ötən il onların dəyəri 32 milyard ABŞ dolları olub. Bununla belə, Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli təkid edib ki, Rusiya Ukraynaya dəymiş ziyanı ödəməyə razı olana qədər bu ölkənin suveren aktivləri fəaliyyətsiz qalacaq. İlkin Nəcəfzadə Kaim.az

:

Bənzər yazılar

Back to top button