Məşhur türkiyəli müğənni Heydər Əliyev Sarayında konsert verəcək

Türkiyənin məşhur müğənnisi, 20-dən çox albom müəllifi olan Çelik Erişçi Azərbaycana gələcək.
Kaim.az xəbər verir ki, hit mahnıları, fərqli ifaları ilə milyonların qəlbini fəth edən sənətçi 10 iyun tarixində Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə sevənlərinin qarşısında çıxış edəcək. Özünəməxsus stildə mahnılar oxumaqla yanaşı, musiqilər də bəstələyən müğənni 90-cı illərdə və 2000-ci illərin əvvəllərində bir sıra möhtəşəm ifaları ilə Türkiyə ilə yanaşı Azərbaycanda da xeyli sayda pərəstişkar qazana bilib. Onun “Sevenler anlar”, “Hercai”, “Meyhaneci”, “Cici kız” və s. bir çox məşhur mahnıları hələ də Azərbaycanda sevilərək dinlənilir. Konsert “EMKI Production”-un təşkilatçılığı ilə baş tutacaq. Biletləri şəhərin bütün kassalarından, ASAN xidmət mərkəzlərindən, “Gənclik mall”, “28 mall”, “Park Bulvar” ticarət mərkəzlərindən və “iTicket.Az” saytından onlayn əldə edə bilərsiniz.Qeyd edək ki, bir neçə gün öncə digər məşhur türkiyəli müğənni Rafet El Roman da Bakıda möhtəşəm konsert proqramı ilə çıxış etmişdir. Aygün Xankişiyeva Kaim.az:
Konsert
Müğənni
Bakı