Top.Mail.Ru
GÜNDƏM

Azərbaycanın Ukraynadakı yeni səfiri tezliklə fəaliyyətə başlayacaq

Azərbaycanın Ukraynaya yeni səfiri təyin olunub və səfir tezliklə fəaliyyətə başlayacaq.
Kaim.az xəbər verir ki, bunu iyunun 1-də Moldovanın paytaxtı Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə deyib. Görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələr ətrafında fikir mübadiləsi aparıldı, Prezident İlham Əliyevin 2022-ci ilin yanvarında Ukraynaya səfəri və səfər zamanı keçirilmiş müzakirələr qeyd edildi. Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olundu. Kaim.az

:

Azərbaycan
 

Ukrayna
 

Bənzər yazılar