Top.Mail.Ru
GÜNDƏM

Ukrayna hərbçiləri əks-hücum əməliyyatlarına keçir

Ukrayna hərbçiləri cəbhənin bəzi bölgələrində əks-hücum əməliyyatlarına keçir.
Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib. “Müdafiə əməliyyatı əks-hücum hərəkətləri də daxil olmaqla hər şeyi ehtiva edir. Ona görə də bəzi bölgələrdə biz hücum hərəkətlərinə keçirik”,- deyə Malyar əlavə edib. Malyar qeyd edib ki, Baxmut istiqaməti hərbi əməliyyatların episentri olaraq qalır: “Orada ukraynalı döyüşçülər kifayət qədər geniş cəbhəboyu hərəkət edirlər. Eyni zamanda, rus işğalçıları müdafiəyə keçərək öz mövqelərini saxlamaq istəyirlər. Cənubda da düşmən müdafiəyə keçir. Orada yerli döyüşlər davam edir”. Kaim.az

:

Bənzər yazılar