GÜNDƏM
Yaponiya əhalisi sürətlə azalır

Bu barədə Yaponiyanın Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, keçən il ölkədə 770 min körpə dünyaya gəlib ki, bu da əvvəlki illə müqayisədə 40 min az uşaq deməkdir.
Bununla da Yaponiyada hər qadının dünyaya uşaq gətirmək əmsalı 2005ci ildəki antirekordu (1,26 uşaq) təkrarlayıb. Doğumun azalması fonunda ölüm sayı ardıcıl 16 ildir çoxalır. Ötən il 1,57 milyon ölüm qeydə alınıb ki, bu da tarixi antirekorddur.