Top.Mail.Ru
GÜNDƏM

Ben Uolles NATO-nun yeni baş katibi ola bilər

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles NATO-nun yeni baş katibi ola bilər.
Kaim.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Ağ Evdə krallığın baş naziri Rişi Sunakla birgə mətbuat konfransında çıxışı zamanı deyib. NATO-nun hazırkı baş katibi Yens Stoltenberq 2023-cü il sentyabrın 30-dək vəzifəsində qalacaq. “Ola bilər. Görərik. Nə baş verdiyini görmək üçün NATO-da konsensusa nail olmalıyıq”, – Bayden Uollesin blokun baş katibi vəzifəsinə təyin edilməsi perspektivi ilə bağlı sualı cavablandırarkən deyib. ABŞ prezidenti həmçinin vurğulayıb ki, NATO-nun yeni baş katibinin namizədliyinin təsdiqi hələ başa çatmayıb və müzakirələr davam edir. Kaim.az

:

Bənzər yazılar