Top.Mail.Ru
GÜNDƏM

11 mindən çox insanın ölümünə səbəb virus geri döndü

2014-2017-ci illərdə 30 minə yaxın insanın yoluxduğu və 11 mindən çoxunun ölümünə səbəb olan “Ebola” virusu İraqın Kərkük şəhərində sürətlə yayılır.
Artıq şəhərdə ölümcül virusdan 1 nəfər ölüb, 2 nəfərə tibbi yardım göstərilib, 30 şübhəlinin test nəticələri gözlənilir. Kərkük səhiyyə direktoru Ziyad əl-Cubburi infeksiyanın yayılmasına qarşı şəhərdə mühüm və ciddi tədbirlər gördüklərinə diqqət çəkib. O bildirib ki, xəstəliyə yoluxanların müalicəsi üçün dövlət xəstəxanası ayrılıb İlk dəfə 1976-cı ildə Konqoda ortaya çıxan “Ebola” 2013-cü ilin dekabrında Qərbi Afrikada yenidən aşkar edilib. Kaim.az

:

Bənzər yazılar