Top.Mail.Ru
GÜNDƏM

İrana gələn avropalı turistlərin sayı azalıb

Hər ay dünyanın müxtəlif ölkələrindən İrana 300-400 min turistin səsəfr etdiyi bildirilir. Son vaxtlar onların milli trəkibində ciddi fəyişmələrin baş verdiyi vurğulanır.
Kaim.az İranın hava səyahətləri və turizm xidməti idarələri assosiasiyasının rəhbəri Hörmətullah Rəfinin İLNA agentliyinə verdiyi müsahibəyə istinadən bildirir ki, son vaxtlar avropalı turistlərin İrana gəlişinin azalması fonunda, buraya Çin və Rusiya vətəndaşlarının səfərləri artıb. – Ən mühüm xarici turistlər ərəb ölkələrindən, xüsusilə də İraqdandır. Əfqanıstanla bizim aramızda uçuşların və İrana gələn “turist”lərin sayı artıb. Bu turistlər səhiyyə sahəsindən əlavə (müalicə məqsədilə) Qərbə getmək və ya vətənlərinə qayıtmaq üçün İrana səfər edirlər. Əfqanıstandan İrana həftədə gələn təxminən 9-10 reysin hamısı olu olur”, – Rəfi deyib. Maraqlıdır ki, məmur öz ölkəsinə qayıtmaq üçün yaxud Qərbə səyahət etmək üçün İran ərazisindən keçən Əfqanıstan vətəndaşlarını da turist sayır. Rəfi avropalı turistlərin sayının nə dərəcədə azaldığını açıqlamayıb. Lakin qərb ölkələrini İranı həmin dövlətləri vətəndaşlarını siyasi və maliyyə imtiyazları almaq üçün girov saxlamaqda ittiham etməsi fonunda bu azalama heç də təəccüblü deyil. Ötən illərdə İran cinayətkarlarının azadlığa buraxılması və müəyyən maliyyə sövdələşmələri müqabilində əcnəbi vətəndaşların, hətta ikili vətəndaşların həbsdən çıxması hallarıd da turistlərin gəlişi məsələsinə müsbət təsir göstərə bilməyib. Ümumdünya Turizm Təşkilatının statistikasına görə, xarici turistlərin İrana gəlişi 2019-cu ildə 9 milyondan çox olduğu halda, 2021-ci ildə 1 milyon nəfərdən aşağı düşüb. Kaim.az

Bənzər yazılar