Top.Mail.Ru
GÜNDƏM

“İrəvan və Bakı xəritələrlə bağlı razılığa gəlməyiblər”

“Ermənistan və Azərbaycan hələ də sülh müqaviləsinin bağlanması üçün bir sıra əsas məsələlər, o cümlədən sərhədlərin delimitasiyası xəritələri barədə razılığa gəlməyiblər”.
Kaim.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Vaan Kostanyan parlamentdə keçirdiyi brifinqdə deyib. “Təəssüf ki, hazırda hansı ilin xəritəsi əsasında növbəti delimitasiya və demarkasiya prosesinin getməsi barədə razılıq yoxdur”, – Kostanyan bildirib. Nazir müavini tərəflərin mövqelərinin bir-birindən kifayət qədər uzaq olduğunu, lakin işin davam etdiyini bildirib. Bölgədə kommunikasiyaların bloklanması mövzusuna toxunan Kostanyan vurğulayıb ki, marşrutların açılması müstəsna olaraq tərəflərin suverenliyi və ərazi bütövlüyü çərçivəsində baş tutmalıdır. Şahanə Rəhimli Kaim.az

Bənzər yazılar