GÜNDƏM
İlin sonuna qədər 2000-ə yaxın ailə azad edilmiş ərazilərə qayıdacaq

“Bu ilin sonunadək ümumilikdə 2 minə yaxın keçmiş məcburi köçkün ailəsinin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında öz doğma torpaqlarına qayıdışı və daimi məskunlaşdırılması nəzərdə tutulur”
Bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) sədr müavini Fuad Hüseynov deyib. O bildirib ki, bu ilin əvvəlindən Talış kəndinə 20 ailə, Laçın şəhərinin özünə isə 52 ailə köçürülüb. Kaim.az