Top.Mail.Ru
GÜNDƏM

Bu PUA polislərin yükünü daşıyacaq – FOTO

Anadolunun məlumatına görə, Türkiyənin aparıcı müdafiə şirkətlərindən biri olan milli aviasiya şirkəti TUSAŞ Paris Airshow2023 sərgisində geniş çeşiddə məhsullarını təqdim edib.

TUSAŞın istehsalı arasında Türkiyədə ilk uçuş sınaqlarından keçən yeni fırlanan qanadlı yük PUAsı da var. Ağır yüklərin daşınmasında istifadə olunacaq PUA Türkiyə təhlükəsizlik qüvvələrinin ehtiyacları üçün hazırlanıb. Üstünlüyü aşağı istehsal xərcləri və aşağı risklərdir.

Dronun maksimum uçuş çəkisi 275 kiloqramdır və istifadəsi asandır. Hazırda uçuş sınaqları davam edir.

TUSAŞ həmçinin 300 kqa qədər faydalı yük daşıyan PUAların hazırlanmasına başlamağı planlaşdırır və uçuş müddəti 5 saata qədər artacaq.

Şahanə Rəhimli
Kaim.az

Bənzər yazılar