GÜNDƏM
Naxçıvanın Baş nazirinə yeni müavin təyin olunub

Naxçıvan Muxtar Respublikası Baş nazirinə yeni müavin təyin edilib.
Bu vəzifəyə Bəxtiyar İbrahim oğlu Məmmədov təyinat alıb. Bəxtiyar Məmmədov bundan əvvəl SOCAR-ın Neft Emalı Zavodunun direktoru vəzifəsində çalışıb. O, 1971-ci ildə Naxçıvan şəhərində anadan olub. Bəxtiyar Məmmədov kollektivə bu gün təqdim ediləcək. Kaim.az