Top.Mail.Ru
GÜNDƏM

Papa XVI Benediktin xaçı oğurlanıb

2022-ci il dekabrın 31-də vəfat edən keçmiş Papa XVI Benediktdən miras qalan və Almaniyanın Bavariya şəhərində kilsədə saxlanılan xaç oğurlanıb.
Oğrular Münhen yaxınlığındakı Traunşteyn rayonunda yerləşən Osvald qəsəbəsindəki kilsəyə daxil olaraq şkafda saxlanılan xaçı götürüblər. Tarixi əşya ötən il vəfat edən Papa XVI Benediktin döş xaçı olub. O, papalığa başladıqdan sonra xaçı kilsəyə miras buraxmışdı. Polis şübhəliləri axtarır. Onların kilsədən pul oğurladığı da deyilir. Şahanə Rəhimli Kaim.az

Bənzər yazılar