GÜNDƏM
Ceyhun Bayramov ATƏT Baş katibi ilə görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Londonda keçirilən Ukrayna Bərpa Konfransı çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmitlə görüşüb.
Kaim.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “Twitter” hesabında məlumat verilib. Görüş zamanı Azərbaycan və ATƏT arasında əməkdaşlıq gündəliyi, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib. Kaim.az