Top.Mail.Ru
GÜNDƏM

“Ukrayna 7 şərtdən ikisini yerinə yetirib” – Avropa Komissarı

Ukrayna Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamaq üçün 7 şərtdən ikisini – məhkəmə islahatları və media azadlığı ilə bağlı tam yerinə yetirib.
Kaim.az xəbər verir ki, bunu Aİ-nin Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi deyib. O əlavə edib ki, qalan beş şərt üzrə aparılan işlərdə müəyyən irəliləyiş var. Bu da beş ballıq sistem üzrə üçə uyğundur. Avropa Komissiyası oktyabrda Aİ-nin genişlənməsinə dair hesabatında yekun qiymətləndirmələrini təqdim edəcək. Kaim.az

Bənzər yazılar