Top.Mail.Ru
GÜNDƏM

Bayden Hindistan və ABŞ-ın himnlərini qarışdırdı

ABŞ prezidenti Co Bayden Hindistanın nazir Narendra Modi ilə görüşündə himnləri səhv salıb. Belə ki, Bayden Hindistan himnini oxunarkən səhvən əlini ürəyinə qoyub.
Kaim.az xəbər verir ki, bu barədə “The New York Post” yazır. “Hindistan himni Janaqamananın ilk notları səslənəndə Bayden sağ əlini sol sinəsinə qaldırdı və təxminən 15 saniyə orada saxladı. Sonra o, yavaş-yavaş onu aşağı saldı, görünür, qrupun “Ulduzlarla dalğalanan bayrağı” ifa etmədiyini anladı.”. Hadisə Modinin qarşılanma mərasimi zamanı Ağ Evə gəlişi zamanı baş verib. Kaim.az

Bənzər yazılar