GÜNDƏM
Güneyli müəllim 6 il müddətinə azadlıqdan məhrum edildi

İran məhkəməsi azərbaycanlı fəal Əli Rzayini 6 il müddətinə azadlıqdan məhrum edib.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb. O, “hakimiyyətə qarşı əlbir olmaq və təbliğat aparmaq”da ittiham olunub. Fəalın ailəsinin yaxınlarının sözlərinə görə, ailənin təkidinə baxmayaraq, məhkəmə orqanları onun vəkil ilə görüşməsinə imkan verməyib. Qeyd edək ki, Əli Rzayi ana dilində təhsil hüququ və Urmiya gölü məsələsinin müdafiəçisi idi. O, eyni zamanda informasiya texnologiyası mühəndisi, beynəlxalq yoqa təlimçisi və türk dili müəllimidir. Kaim.az