GÜNDƏM
Rusiya Ermənistandakı qırıcı və helikopterlərini havaya qaldırdı

Rusiyanın Ermənistandakı aviasiyasının Ka-52 kəşfiyyat-hücum helikopterləri və Cənub Hərbi Dairəsinin hərbi bazasının MiQ-29 çoxməqsədli əməliyyat-taktiki aviasiya qırıcıları təlim uçuşları həyata keçiriblər.
Kaim.az xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, MiQ-29-un pilotları dağlıq ərazilərdə uçuşlar zamanı xüsusi tapşırıqları işləyiblər, həmçinin manevrlər edərək akrobatika elementlərini də reallaşdırıblar. Təlim uçuşlarında 180-dən çox uçuş və mühəndis-texniki heyəti iştirak edib. Bundan başqa, manevrlərə 40-a yaxın hərbi və xüsusi texnika, o cümlədən ordu aviasiyasının Mi-8MTV-5, Ka-52 helikopterləri və MiQ-29 taktiki təyyarələri cəlb olunub. Tural Tağıyev Kaim.az